FHN: Bakıda yaşayış binasında baş verən yanğın zamanı 15 sakin xilas, 20 nəfər isə təxliyə edilib

FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Agsaqqallar.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas olunub, 20 nəfər təxliyə edilib.
Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar Xəbərlər
- Özbəkistan mətbuatının nümayəndələrinin Azərbaycana “Mediatur”u başlayıb
- VI çağırış Azərbaycan Respublikası Milli Məclisi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verməkdədir
- Zəngilanın işğaldan azad edilməsindən bir il ötür