Deputat: “Bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir”
“Bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir”.
Agsaqqal.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deputat Gövhər Baxşəliyev deyib.
Deputat bunun təhlükəli hal olduğunu vurğulayıb: “Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Ailələrdə azyaşlı qızlara qarşı belə məcburiyyətin kök atmasına imkan verməməliyik”.
Oxşar Xəbərlər
- Ramin Əhmədov: “Azərbaycanın təhlükəsizliyinin keşiyində duran görünməz qəhrəmanlarımızın dövlətçiliyimizin qarşısında misilsiz xidmətləri var”.
- “Azərbaycanın türk dövlətləri ilə əlaqələri artan sürətlə inkişaf edir”
- Azərbaycanlı alimlərin anonsunu verdiyi dərmanın COVID-19-a qarşı istifadəsinə başlanılıb