“Azərbaycanın türk dövlətləri ilə əlaqələri artan sürətlə inkişaf edir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsində hər zaman fəallıq göstərib. Dövlətimizin bu istiqamətdə irəli sürdüyü təşəbbüslər türk dövlətləri rəhbərləri tərəfindən müsbət qiymətləndirilib”. Bu haqda

Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza açıqlama verib.

Səadət Məhərrəmova deyib ki, Azərbaycanın türk dövlətləri ilə əlaqələri artan sürətlə inkişaf edir: “Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində də Azərbaycan öz əməli addımlarını əsirgəmir. Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə də bu baxımdan Azərbaycanın aktivliyi özünü göstərib. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında da bu məqama toxunub: “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”. Artıq Türk Dövlətləri Təşkilatı beynəlxalq  aləmdə öz təsir gücünü artırıb. Bu, eyni zamanda türk dövlətlərinin gücünün və birgə fəaliyyətinin effektiv nəticəsidir”.

QHT sədrinin fikrincə, diqqət çəkən məqam son illər türk dövlətləri arasında Azərbaycanın beynəlxalq səviyyədə çəkisinin və nüfuzunun artmasıdır: ”Özəlliklə Qarabağ münaqişəsinə Azərbaycanın öz gücünə son verməsi digər türk dövlətlərində də çox böyük sevinc yaradıb. Biz binu Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə də müşahidə etdik. Demək olar ki, Zirvə görüşündə çıxış edən bütün türk dövlətlərinin liderləri Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ediblər. Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına bu cür verilən qiymət dövlət başçımızın apardığı siyasətin müsbət göstəricisidir”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR