“Nurgun Motors”un rəhbərinin oğlu barəsində həbs qərarı verilib
Nəsimi rayon Məhkəməsində polisin əmrinə tabe olmamaqda təqsirləndirilən Nurxan Əliyevin məhkəmə prosesi keçirilib.
Agsaqqal.az xəbər verir ki,APA-nın məlumatına görə, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, N.Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.
Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. “İnfiniti” markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilində olan polisləri təhqir edib. Polisin “saxla!” əmrinə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. N. Əliyev polis bölməsinə aparılıb.
Qeyd edək ki, Nurxan Əliyev “Nurgun Motors” şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğludur.
Oxşar Xəbərlər
- İlham Əliyev “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub
- Özbəkistanda “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı sərgi keçiriləcək
- “Mehriban xanımın Prezidenti müşayiət etməsi, səfərlərə xüsusi rəng qatır” – Ramin Əhmədov“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir. Cənab Prezident bu günə qədər Şuşa, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Hadrud, Laçın və Kəlbəcər rayonlarında səfərdə olub. Ölkə başçısının qeyd edilən ərazilərə hər səfəri fərqli və səmimi görüntülərlə yadda qalır. Prezidentin füsunkar təbiətə malik Kəlbəcər rayonuna səfəri də məhz belə oldu. Ölkə başçısının işğaldan azad olunmuş rayonlara gedərkən onu ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın müşayiət etməsi səfərlərə xüsusi rəng qatır”. Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri barədə danışarkən deyib.