Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılsın.
2. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci və 2-ci hissələrində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”
Oxşar Xəbərlər
- Azərbaycandan sonra Türkmənistan da İsraildə səfirlik açır
- APA-da ermənilərin ekoloji ziyanları danışıldı
- Adiloğlu” nəşriyyatında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Cografiya institutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natavan Cəfərova və elmi işçi, “Soydaş” İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlının birgə qələmə aldıqları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabı çapdan çıxıb. Məsləhətçilər institutun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, və fəlsəfə elmləri doktoru Füzuli Qurbanovdur. Kitabda Azərbaycanın müstəqillik illərində Gürcüstanla bağlı enerji siyasəti, eləcə də iki ölkə arasında münasibətlərin dərinləşməsi kontekstində Gürcüstanda yaşayan soydaşlarımızın güzəranının yaxşılaşması kimi məsələlər ətraflı təhlil edilir. İlham Əliyevin Gürcüstan siyasəti ilə bağlı yeni kitab