Sinqapur Prezidenti İlham Əliyevi təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sinqapur xalqı adından Sizə və xalqınıza səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı və əmin-amanlığı naminə ən xoş arzularımı çatdırıram. COVID-19 pandemiyasının bütün dünyada yayıldığı bir vaxtda birgə səy göstərilməsinə və daha geniş beynəlxalq əməkdaşlığa zərurət vardır. Sinqapur pandemiyanın təsirinin yumşaldılması, qlobal ticarət və məhsul təchizatı zəncirindəki əlaqələrə dəyən ziyanın azaldılması məqsədilə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcəkdir.
Hörmətlə,
Xanım Həlimə Yaqub
Sinqapur Respublikasının Prezidenti
Oxşar Xəbərlər
- Vətən müharibəsi “Qələbə dərsləri”ndə əksini tapacaq
- Hüseyn Babayev: “Biz gənclər inanırıq ki,TAİB türk dünyasının ən güclü, ən öndə olan təşkilatına çevriləcək”
- TAİB-in İdarə heyətinin üzvü,milllət vəkili Hikmət Babaoğlu: “İranın Azərbaycana düşmənçiliyinin, Ermənistana rəğbətinin əsas səbəblərindən biri irqçilikdir”