TAİB sədri:”Azad edilmiş torpaqlarımızda seçki hüququmuzun bərpa olunması tarixi hadisədir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Sentyabrın 1-nə təyin edilmiş parlament seçkiləri Azərbaycan xalqı üçün əlamətdar hadisələrdən biridir. Bütün dünya azərbaycanlıları uzun illər bunun həsrətilə yaşayıblar. Bütün Azərbaycan xalqının arzuları çin olub. İndi xalqımız  azad olunmuş torpaqlarımızda səsvermə hüquqlarından istifadə edə bilirlər”.

 

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə  açıqlamasında  “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin (TAİB) sədri, akademik, Əməkdar elm xadimi Sudeif İmamverdiyev bildirib.

 

 

Onun sözlərinə görə, Milli Məclisə budəfəki seçkilərin əvvəlki seçkilərdən fərqi ondadır ki, indi azad edilmiş torpaqlarımızda da seçki hüquqlarımız bərpa olunub: “Artıq yerli əhali Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ırazilərdə də öz deputatını seçə biləcək. Bu, böyük xoşbəxtlikdir, tarixi hadisədir. Bu seçkilər həmçinin bütün dünyada yaşayan azərbaycanlılar üçün qürur doğuran bir hadisədir”.

 

S. İmamverdiyev onu da bildirib ki, hər zaman ölkəmizdə azad və demokratik seçki mühiti olub və  ölkəmizin zəngin seçki təcrübəsi var: “İşğaldan azad olunmuş ərazilərdə seçkilərin keçirilməsi üçün bütün lazımi tədbirlər görülür. Bu hadisə biz ağsaqqalların da qüruru və sevincidir. Əminik ki, bu seçki də şəffaf və uğurlu keçəcək”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR