Türk Ağsaqqalları Birliyi-TAİB-in ofisində “Xaricdə milli maraqlarımızın müdafiəsi: Diasporun üzərinə düşən vəzifələr” adlı dəyirmi masa keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə Heyətinin və gənclər təşkilatının üzvlərinin iştirakı ilə keçirilən tədbirdə digər xalqların diaspor təşkilatlarının Azərbaycan Respublikası ilə əlaqələrinin qurulmasından və inkişafından danışılıb.

Bildirilib ki, Azərbaycan diasporu məskunlaşdığı ölkələrdə fəaliyyət göstərən və Azərbaycana dost münasibətilə seçilən diasporlarla da sıx əməkdaşlıq edir, onların təcrübəsini öyrənir və Azərbaycan həqiqətlərinin təbliği işinə cəlb olunmasına səy göstərir.

Tədbirdə Britaniyada yaşayan, əslən Güney Azərbaycandan olan, ATAY cəmiyyətinin rəhbəri İsa Türkoğlu çıxış edərək qeyd edib ki, Güney Azərbaycanda təkcə Azərbaycan türkləri yox, digər xalqların da nümayəndələri yaşayır və onlar da İran rejimi tərəfindən müxtəlif təzyiq və təqiblərə məruz qalırlar.

Türkoğlu Diasporun inkişafındakı əsas şərtlərdən biri kimi azərbaycanlıların yerli cəmiyyətlərə inteqrasiyasının əhəmiyyətli olduğunu qeyd edib. 

Digər çıxış edənlər də dünyada yaşayan azərbaycanlıların vahid ideologiya ətrafında sıx birləşməsinin əhəmiyyətindən danışıblar.

                           

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR