Bakıda TÜRKPA-nın komissiya iclası keçirilir
Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilir.
Agsaqqallar.com “Report”a istinadən xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, həmçinin TÜRKPA-nın nümayəndələri iştirak edirlər.
İclasda “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair komissiya iclasının hesabat məruzəsinin layihəsi, “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair komissiya iclasının tövsiyə qərarlarının layihəsi, “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun layihəsi, komissiyanın 9-cu iclasının yeri, tarixi və gündəliyi ilə yanaşı bir sıra məsələlərin müzakirəsi gözlənilir.
Oxşar Xəbərlər
- Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin xüsusi açıqlaması
- Şuşada “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçiriləcək
- Tanınmış mədəniyyət işçisi, TAİB-in Qadınlar Şurasının üzvü Güllü Əhmədova: “TAİB-də həm Gənclər Təşkilatının, həm Qadınlar Şurasının yaradılması onu göstərir ki, hədəflərimiz çox böyükdür”