Mingəçevir şəhərinin Azərbaycanın və bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev mərasimdə çıxış edərək bildirib ki, “Bu, çox əlamətdar hadisədir,olkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Bu gün biz Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, biz yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik”.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub və Mingəçeviri nəinki Azərbaycanın, həmçinin Qafqazın enerji mərkəzinə çevirilib. Böyük stansiyanın birinci blokunun 1981-ci ildəaçılışı olub. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin göstərişi ilə 2018-ci ildə stansiyanın yenidən qurulması prosesi başlayıb, 8 blok tamamilə yenidən qurularaq istifadəyə verilib. 2020-ci ildə stansiya 2400 meqavat generasiya gücünə malik olub.
İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Bu stansiya ölkəmizin enerji potensialını gücləndirəcək və gələcək layihələrə yol açacaqdır.
Stansiyanın inşası xarici tərəfdaşlarla birlikdə aparılacaq.İtaliya şirkəti olan “Ansaldo” ilə “Azerenerji” arasında muqavilə bağlanıb. “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı muqavilələr İkinci Qarabağ müharibəsindən sonra imzalanıb.

Seyla Baxşıyeva

Nizami rayonunun fəal gənci

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR