Rusiya lideri İlham Əliyevə başsağlığı verdi
Rusiya prezidenti Vladimir Putin Bakıda baş verən faciəvi yanğınla bağlı azərbaycanlı həmkarı İlham Əliyevə başsağlığı verib.
Putinin məktubu Kremlin rəsmi internet səhifəsində yerləşdirilib.
“Əziz İlham Əliyev. Bakı şəhəri Respublika Narkoloji Dispanserində baş vermiş yanğının törətdiyi faciə ilə bağlı dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunur.
Putin həmçinin ölənlərin ailələrinə başsağlığı verib, dəstəyini ifadə edib, yaralıların tez bir zamanda sağalmasını diləyib.
Oxşar Xəbərlər
- BİZƏ YAZIRLAR!!! ““Türk Dünyası Ağsaqqalları” qəzeti çox maraqlı tərtib edilir, diqqəti cəlb edən materiallar, həyatın müxtəlif sahələrindən məlumatlar, dünya xəbərləri, böyük və kiçik məsələlər dərc edilir”.
- Prezident Hacıqabul rayonuna səfərə gedib
- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəsm aksiyasına start verir