Qırğızıstan Prezidenti məmurları sənəd dövriyyəsində qırğız dilinə keçməyə çağırıb
Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə fəaliyyət göstərən idarələri sənəd dövriyyəsində qırğız dilinə keçməyə çağırıb.
Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı bu müraciəti hökumətin iclasında səsləndirib.
“Dövlət dilinin inkişafı dövlət idarələrinin fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilməlidir. Biz ölkə vətəndaşlarının dövlət dilində sərbəst danışıb yaza bilməsinə şərait yaratmalıyıq. Respublikada 100-dən çox etnosun nümayəndələri yaşayır, dövlət dili birləşmək üçün əsas olmalıdır”, – deyə Sadır Japarov bildirib.
Qırğızlar olaraq, sənəd dövriyyəsini rus dilində aparmağın düzgün olmadığını qeyd edən Prezident deyib: “İdarələrdə sənəd dövriyyəsinın ən azı 50 faizi dövlət dilində aparılmalıdır”.
Qırğızıstan Konstitusiyasında rus dilinə rəsmi dil statusu verilib.
Oxşar Xəbərlər
- Azərbaycanın Gürcüstandakı Səfirliyi bu ölkədəki soydaşlarımızla birlikdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş videokonfrans keçirmişdir
- Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyi uşaqlar və yeniyetmələr arasında Braziliya Ciu-citsu döyüş sənətinin No-Gi versiyası üzrə turnir keçirilib
- Böyük idrak və iradəsi ilə mənəviyyatını zənginləşdirən Cəlal Qurbanov