Aksiyanın ümumi mənzərəsi: Vətənpərvərlik, yüksək əhvali-ruhiyyə, tələbkarlıq
Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyaya qoşulan könüllülər yüksək əhvali-ruhiyyədədirlər.
Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, etirazçılar bu dəqiqələrdə yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üstündə ingilis və rus dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Onların tələbləri dəyişməz olaraq qalır.
İştirakçılar aksiyanın ümumi mənzərəsini ifa etdikləri “Şuşanın dağları başı dumanlı”, “Anadır arzulara hər zaman Qarabağ”, “Hay ver mənə, leytenant!”, “Xudayar təsnifi”, “Azərbaycan oğluyam” mahnıları ilə canlandırır, vətənpərvər əhvali-ruhiyyədə olduqlarını bir daha nümayiş etdirirlər. Bu gün onlar daha əzmkar və tələbkardırlar.
Qeyd edək ki, hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır. Aksiyaya ölkəmizin hər yerindən və Azərbaycandan kənardan böyük dəstək var.
Oxşar Xəbərlər
- TDT-nin Baş katibi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib – BƏYANAT
- “İlham Əliyev cəbhə hakimiyyətinin daha bir xəyanətinin nəticəsini aradan qaldırdı” – Ramin Əhmədov
- Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə YAP Yevlax Rayon Təşkilatı yekun bayram tədbiri təşkil etdi