İlham Əliyev “DP World” şirkətlər qrupunun sədrini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Söhbət zamanı investisiya qoyuluşu, logistika sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Eyni zamanda bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni nəqliyyat dəhlizlərinin açılması və ölkəmizdə azad ticarət zonasının fəaliyyətə başlaması həm ölkələrimiz arasında, həm də regionda iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayacaq.
Oxşar Xəbərlər
- Azərbaycan Prezidenti: Türk dövlətləri bir-birinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərməlidir
- İlham Əliyevdən komendant rejimi ilə bağlı SƏRƏNCAM
- Ramin Əhmədov: “Həm təşkilatda, həm də Media Qrupda gənclərimizin özlərini isbat etmələri üçün hərtərəfli şərait mövcuddur”