Türkiyə səfiri Ağdam Cümə məscidi ilə bağlı paylaşım edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ağdam Cümə məscidi ilə bağlı paylaşım edib.
“Həsrət bitəcək. Sakinlərinlə görüşəcəyin günlər yaxınlaşır, Ağdam Cümə məscidi”, – deyə diplomatın “Twitter” hesabında yazdığı şərhdə bildirilir.
Qeyd edək ki, səfir Qarabağ Dirçəliş Fondunun və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Karabakh.Center” portalının təqdimat mərasimində iştirak edib. O, paylaşımına həmin tədbirdən görüntüləri də əlavə edib.
Oxşar Xəbərlər
- Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi olub
- O, ürəyində Azərbaycan səvgisi gəzdirən, bayrağına və dövlətinə sarsılmaz tellərlə bağlı olan hər bir azərbaycanlının lideridir
- TBMM sədri: “Ermənistanın işğalçı olması beynəlxalq hüquq tərəfindən müəyyən edilmiş həqiqətdir”