Nazarbayev: “Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik”
“Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik. Bakıda keçirilən zirvədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının statusunu təşkilat səviyyəsinə qaldırmağı təklif etmişdim”.
Qazaxıstanın birinci prezidenti – Elbası Nursultan Nazarbayev Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında deyib.
Onun fikrincə, humanitar və mədəni inkişafla yanaşı dövlətlər bir-birindən bir çox şey öyrənə bilərlər: “Latın əlifbasının istifadəsi bizə gənclərimizin qlobal səviyyədə inkişafına töhfə verə biləcəyimiz ümumi sistem qazandırır. Bir-birimizlə əlaqəli şəkildə inkişaf etməliyik”.
N.Nazarbayev vurğulayıb ki, Türk Şurasına üzv dövlətlər qarşılıqlı ticarəti inkişaf etdirməli və investisiyaların cəlb edilməsi üzərində çalışmalıdırlar.
Oxşar Xəbərlər
- RƏSƏDXANA: Sabah saat 9-da Yerin yaxınlığından keçən asteroidi görmək olar
- Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada səfərdə olub
- Tovuz rayonunda “Bütöv Azərbaycan Naminə!” Türk Gənclərinin I Forumu keçiriləcək- TAİB Gənclər Təşkilatı və Əbədi Birlik GİB yeni layihəyə start verdi