" />

Milli mətbuatın inkişafı və qorunması Ulu Öndərin adı ilə bağlıdır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

 

Milli mətbuatımızın qorunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Əkinçi” qəzetinin  əsası Həsən bəy Zərdabi tərəfindən  22 iyul 1875-ci ildə qoyulmuşdur. Məhz həmin gün – 22 iyul günü 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Bu ilk ana dilində mətbuat vasitəsi idi. Lakin Rusiya imperiyası və Osmanlı dövlətləri arasında başlanan müharibəyə görə bu qəzet fəaliyyətini dayandırdı. Mətbuatımızın və ana dilimizin inkişafına hər zaman xüsusi diqqət göstərən Ulu öndər Heydər Əliyev hələ Sovet dövründən başlayaraq ana dilli mətbuatımızın yaradılması üçün böyük işlər görmüşdür. 70-80-ci illərdə Ulu öndərin rəhbərliyi ilə mətbuatda ideoloji basqılar nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi. Məsələn, 1981-ci ildə «Literaturnaya qazeta»da dərc olunmuş məşhur «Qoy, ədalət zəfər çalsın!» sərlövhəli müsahibəsində ulu öndər Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal problemlərini açıb göstərmişdi. Sovetlər birliyi dağıldıqdan sonra 1991 ci ildə Azərbaycan müstəqillik əldə etdi. Lakin o dövrdə rəhbərlikdə olan şəxslər AXC-Müsavat cütlüyünün dövründə mətbuatda senzura hökm sürürdü və o dövrün siyasətçi adına layiq olmayan siyasətçiləri mətbuatda, televiziyada qeyri-etik çıxışlar edir və ictimaiyyət qarşısında biabırçı vəziyyətə düşürdülər. Ulu öndər Heydər Əliyev 1993 cü ildə Azərbaycana yenidən rəhbərliyə qayıtdıqdan sonra mətbuatımızın dirçəldilməsi üçün mühüm işlər gördü və 1998-ci şərqdə ilk dəfə olaraq senzura qorxusu mətbuatdan götürüldü. Cənab prezident İlham Əliyevin dövründə də mətbuatımızın inkişafı üçün mühüm işlər görülmüşdür.Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamları da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.
Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.Və bizim doğma mətbuatımızın bu gün 149 yaşı tamam olur.

Bütün jurnalistləri bu gün münasibəti təbrik edirəm.

Abuzər Suleymanzadə,

TAİB Gənclər Təşkilatının üzvü 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR