YADDA QALAN TƏDBİR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dədə Ələsgər Ocağı İctimai Birliyindən ünvanıma gələn dəvətnamə məni çox
sevindirdi. Yəni məni “Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilinin
istifadə mexanizmi” elmi konfransına dəvət etmişdilər. Konfrans 29 iyun günortadan sonra işinə başladı. Tədbirin açılışını Dədə Ələsgər Ocağı İctimai Birliyinin
sədri Xətai Ələsgərli etdi. O, Aşıq Ələsgər dühasının həyatımızda, yaşayışımızda,
mədəniyyətimizdə, folklorumuzda əhəmiyyətini, adət-ənənələrin yaşadılmasında
rolunu göstərdi. Konfrans iştirakçılarına ünvalanan bir məktub da vardı, Rusiya
Federasiyasından, professor Ələddin Allahverdiyevdəndi. Məktubda konfrans iştirakçılarına alim Aşıq Ələsgər dünyası haqqında öz mülahizələrini, ustad aşığın
Azərbaycan aşıq sənətində yerini, şeirlərinin dillər əzbəri olduğunu qeyd edirdi.
Alimlərdən Adilə Nəzər, Nağdəli Keştəkli, Almara Nəbiyeva və Mahir Qəribovun çıxışları Dədə Ələsgərin ədəbi irsinin xalqımızın mədəniyyətini zənginləş-
dirməklə həm də bu poeziyanın təsiri və cəzibəsi ilə yeni-yeni elmi axtarışların davam etdirildiyini də göstərdi.
Konfrans hamıya xoş təsir bağışladı. Mən burada şair dostlarım Ramiz Qusar-
çaylı və İbrahim İlyaslı ilə də görüşdüm, əziz müəllimim Qara Namazovun bacısı
oğlu Şakir müəllimlə, Nağdəli Keşdəkli, Yusif Nəğməkarla tanış oldum. Sözdə-
söhbətdə Qərbi Azərbaycan da xatırlandı. Axı Dədə Ələsgər də bu yeri-yurdu
poeziyasında sevə-sevə əks etdirib. Bu sevgi bizim də ürəyimizdə yaşayır, yaşayacaq da.
Tədbir həm də şairlərin şeirləri, aşığın (Aşıq Bəhman Göyçəlini deyirəm) sazı-sözü ilə də yadda qaldı, könülləri sevindirdi.

Tacir Səmimi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR