Amin Zərbaliyev:”Milli Qurtuluş Günü Azərbaycan xalqının milli birliyini və həmrəyliyini gücləndirən bir tarixdir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Milli Qurtuluş Gününün əhəmiyyəti çox böyükdür və Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Bu gün 1993-cü ilin 15 iyununda Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə bağlıdır və ölkənin siyasi sabitliyinin bərpası baxımından mühüm bir dönüş nöqtəsi olmuşdur. Bu tarix Azərbaycan xalqının milli birlik, dövlətçilik və müstəqilliyini qorumaq üçün atdığı addımları simvollaşdırır. 1993-cü ilin yayında ölkədə baş verən siyasi böhran, daxili gərginliklər və Gəncə hadisələri zamanı Azərbaycanın siyasi sistemində ciddi problemlər yaranmışdı. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik bərpa olundu, dövlət idarəetməsi yenidən quruldu və siyasi böhran aradan qaldırıldı. Bu qələbə Azərbaycanın müstəqilliyi üçün önəmli bir addım oldu. Ümummilli lider Heydər Əliyev  Azərbaycanın müstəqilliyi, siyasi inkişafı və iqtisadiyyatı üçün əlindən gələni edərək, Azərbaycanı liderlər sırasına çıxardı. O, müstəqil Azərbaycanın banisi və memarı olaraq,  ölkənin iqtisadi və siyasi stabiliyini bərpa etmiş, Azərbaycanın beynəlxalq aləmdə tanınmasını təmin etmişdir. Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi irs biz gənclərə də bir cığır, yol oldu.  Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə iqtisadi islahatlar həyata keçirilməyə başlandı. “Əsrin Müqaviləsi” kimi böyük enerji layihələri imzalandı və xarici investisiyalar ölkəyə cəlb edildi. Bu islahatlar Azərbaycanın iqtisadi inkişafını təmin etdi və ölkənin beynəlxalq aləmdə mövqeyini gücləndirdi. Milli Qurtuluş Günü Azərbaycan xalqının milli birliyini və həmrəyliyini gücləndirən bir tarixdir. Heydər Əliyevin rəhbərliyi altında multikultural dəyərlərin təbliği və tolerantlıq ön cərgəyə keçdi. Bu gün, ölkənin bütün vətəndaşlarını birləşdirən və onların milli kimliyini möhkəmləndirən bir simvola çevrildi. Bu gün Azərbaycan Ulu Öndərimizin varisi, möhtərəm prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində hər gün inkişaf edir, çiçəklənir. Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifələrindən biridir və xalqımız bu tarixi heç zaman unutmayacaq.

 

Amin Zərbaliyev,

UNEC-Türk Dünyası İqtisad Fakültəsinin tələbəsi,

TAİB Gənclər təşkilatının üzvü

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR