Gənc pianoçu Ayan Məmmədli Danimarkada “Yurdumun gözəlliyi həzin musiqilərdə” layihəsi ilə yeni bir uğura imza atıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

01 iyun 2024-cü il tarixində Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Danimarka-Azərbaycan Gənclər Cəmiyyəti”nin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə, respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” çərçiivəsində və COP-29”-la bağlı, gənc azərbaycanlı pianoçu, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran Pri” mükafatçısı, Avstriyanın Anton Brukner adına Konsrvatoriyasının tələbəsi Ayan Eyvaz qızı Məmmədlinin “Yurdumun gözəlliyi həzzin musiqilərdə” adlı layihəsinin təqdimatı və bununla bağlı solo konserti keçirilmişdir. Kopenhagenin “Valby Kulturhaus” adlı möhtəşəm mədəniyyət mərkəzində təşkil olunan konsertin tədbirində öncə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra, tədbirin təşkilatçısı, “Danimarka-Azərbaycan Gənclər Cəmiyyəti”nin sədri Kərim Elhan konsertdən öncə giriş nitqi söyləyərək, qeyd etdi ki, “Bizim üçün çox sevindirici haldır ki, ölkəmiz 2024-cü ilin noyabrında daha bir beynəlxalq əhəmiyyətli tədbirin – BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un təşkil olunmasına və keçirilməsinə ev sahibliyi edəcək. Təbii ki, iqlim dəyişikliyi kimi ekoloji məsələlərdə yaranan problemlərin aradan qaldırılması məsələsi dünyanın hər yerində olduğu kimi, Danimarkada da hər kəsi düşündürən, narahat edən son dərəcə aktual məsələlərdən biridir. Hamı yaxşı başa düşür ki, harada yaşamasından asılı olmayaraq, insanın sağlam həyat tərzi üçün təmiz ekologiyanın, gözəl və sağlam təbiətin qorunması vacib və mühüm məsələdir. Bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan biz də bir cəmiyyəti olaraq, düşünürük ki, son dərəcə gözəl və füsunkar təbiətə malik olan Azərbaycanımızın təbiətini, füsunkar regionlarını və onların gözəlliklərini vəsf edən milli musiqilərimizin diliylə əcnəbilərə çatdırılması həm məmləkətimizin təbii gözəlliklərinin, həm də milli musiqilərimizin təbliği baxımından son dərəcə maraqlı bir layihə olardı. Bu məqsədlə, Avstriyada musiqi təhsili alan Anton Brukner adına Konservatoriyanın tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr Laureatı, “Qran Pri” mükafatçısı, gənc azərbaycanlı pianoçu Ayan Eyvaz qızı Məmmədli ilə yaratdığımız əməkdaşlıq əlaqələri əsnasında onun “Yurdumun gözəlliyi – həzzin musiqilərdə” adlı “Cop-29”-a aid hazırladığı musiqi layihəsinin Danimarkanın Kopenhağen şəhərində təqdimatının keçirilməsini münasib hesab etdik. Və bu tədbirdə sizləri doğma Azərbaycanımızın video görüntülər vasitəsilə həm gözəl təbiətini, həm də Ayan Məmmədlinin ifasında milli musiqilərimizlə bir qədər yaxından tanış edəcəyik. Fürsətdən istifadə edərək, bu cür maraqlı tədbirin həyata keçirilməsində bizə dəstək olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə öz təşəkkürümüzü bildirirəm”
Gənc pianoçu Ayan Məmmədli musiqi ifasından əvvəl danimarkalı tamaşaçılar qarşısında çıxış edərək, onları hazırladığı layihənin yaranna səbəbi haqqında məlumat verərək bildirdi ki, “Mən də hamı kimi, yaşıl təbiəti, dənizi, çayları, təmiz ekologiyanı çox sevirəm. Bildiyiniz kimi, bütün dünyada ekologiyanın qorunması, zəngin enerji mənbəyinin əldə edilməsi çox vacib bir məsələdir. Və hər kəs bunun üçün çalışmaqdadır. Hər il dünyanın müxtəlif yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Sevindirici haldır ki, bu il bu mötəbər tədbirin 11 noyabr 2024-cü ildə növbəti toplantısı, mənim doğma vətənim Azərbaycanda keçiriləcək. Hazırda bu möhtəşəm tədbirlə bağlı çox ciddi hazırlıqlar aparılır. Hamımız bilirik ki, təmiz ekologiya həm də bizim gələcəyimiz deməkdir. Mən isə, bir musiqiçi kimi, bütün insanlara “Yaşıl və təmiz dünyamız” naminə öz musiqilərimlə çağırışlar etmək istəyirəm. Bu günkü konserdə sizlərə ifa edəcəyim əsərlərdə Azərbaycanımızın çox gözəl təbiətinə və iqlimə həsr olunmuş musiqiləri səsləndirmək istəyirəm“. Ayan Məmmədli danimarkalı tamaşaçılar qarşısında Azərbaycanın muğam, xalq mahnıları ilə yanaşı, bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Vaqif Mustafazadə, həmçinin bəzi avropa bəstəkarlarının da əsərlərindən nümunələr səsləndirmişdir. Konsert zamanı yerli tamaşaçıların “Əhsən!” nidaları və sürəkli alqışları, onların milli musiqilərimizi və füsunkar təbiətimizi ürəkdən bəyəndiklərinin bariz təzahürü idi. Konsertdə Beynəlxalq Sülh Federasiyasının Danimarka nümayəndiliyinin sədri Karsten Nielsen, həmsədrlər Nabuhiro İgarashi və Torkil, həmçinin, Türk sanat muzik ustası Zeki Sadık, “Kulturviften”i Mərkəzinin direktoru Enes Fatih Doğan və həmin Mərkəzin direktor müavini, “Danimarka Qadınlar Cəmiyyəti”nin üzvü, sülh səfiri, musiqiçi Kəmalə Hüseynova da iştirak etmişdir, Konsertin sonunda Beynəlxalq Sülh Federasiyasının Danimarka nümayəndiliyinin sədri Karsten Nielsen çıxış edərək, öz səmimi ürək sözlərini ifadə etmişdir: ”Belə maraqlı tədbir üçün bütün təşkilatçılara, xüsusən istedadlı pianoçu Ayan Məmmədliyə öz Federasiyamız adından xüsusi təşəkkürümü bildirirəm! Doğurdan da, hazırda bu narahat dünyamızda insanların gələcək sağlam və xoşbəxt yaşaması üçün dünyada sülhün, əmin-amanlığın, ekoloji problemlərin aradan qaldırılması üçün ölkələr arasında birgə əməkdaşlığın rolu çox böyükdür. Bunun üçün bu ölkələr arasında daim sıx əməkdaşlığın olması, bunun üçün dostluq körpülərinin yaradılması çox əhəmiyyətlidir. Hesab edirəm ki, bu cür münasibətlərin artmasında mədəniyyətin və musiqinin rolu çox böyükdür. Məhz bu baxımdan biz gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin bu layihəsini və ifalarını çox bəyəndiyimizi bildirirəm. Onu deyim ki, Ayan Məmmədlini biz hələ 2018-ci ildə BMT-nin “Beynəlxalq Ailə Günü” münasibətilə Kopenhagendə bizim təşkil etdiyimiz tədbirə qatıldığı vaxtdan tanıyırıq. O zaman Ayan hələ yeniyetmə yaşında olsa da, öz uğurlu ifasıyla yaddaşımızda xoş izlər buraxmışdır. Lakin, bu gün isə bizim qarşımızda professional bir musiqiçi öz ifasıyla bizi daha da valeh etdi. Sizi ölkəmizdə görməyə çox şadıq və gələcək əməkdaşlığımız üçün sizə uğurlar arzu edirik”
Gənc pianoçu Ayan Məmmədli təşkil olunan konsertdə fəal və uğurlu iştirakına görə təşkilatçılar tərəfindən Fəxri Fərman və təşəkkürnamə ilə təltif olunmuşdur.

image-fd66a539-6d46-487b-bc56-6e5d8086fc50image-a68dbc66-8b9a-4804-9041-e1ff84838b38

image-9b7863ba-dfb3-4e78-b146-d479114e554dimage-9ef0308c-b3f6-4a6e-b289-592d9806d930image-17174925091248028115_1200x630

image-51ff03b8-12ac-460a-ab8a-892d9fe80845image-c150f0cc-d48e-4b1c-9d74-8ee214d5ce9f

 

image-24878416-ea7e-43e9-bf49-6be6b7b862a7image-59d6ffa7-749e-45c2-828f-407e19d79b0d

image-be757aa1-0799-414d-bc21-a6c7f1c0fd17image-d45bd9d4-9120-4fa7-ab1d-bedb51a4adb6

image-e82b8f37-a2fa-4592-a381-ef4f3d386324image-f9f6565c-4bec-4b12-aaaa-ea25f7d65622image-fa1a9fd4-c399-46ca-b345-b4104d59b6ef

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR