" />

TAİB İH üzvü Bayram Məmmədov: “Gənclər ağsaqqalların zəngin həyat təcrübəsindən faydalanmalıdırlar”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Zəngin təcrübəyə malik, yerini, sözünün sanbalını bilən ağıllı insan yaşının ahıl çağında müdrikliyi, geniş dünyagörüşü ilə ağsaqqal sayılır. Ağsaqqallar cəmiyyətin lokomotividirlər. Gənclər ağsaqqalların zəngin həyat təcrübəsindən faydalanmalıdırlar “.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvü, Əməkdar müəllim, ehtiyatda olan polkovnik Bayram Memmedov deyib.

O, bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artib.

” Ulu Öndər ağsaqqalları milli-mənəvi dəyərlərin qızıl fondu adlandırırdı. Ulu Öndər həmişə ağsaqqal sözünün hikmətinə, böyüklüyünə yüksək qiymət verir, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul edirdi. Biz də el ağsaqqalları olaraq ümummili liderin bizə göstərdiyi etimadı doğrultmağa çalışırıq. Gənclərimizə Azərbaycançılıq və Türkçülük ideologiyasını təbliğ edərək, hər bir xalqın milli-etnik soykökünə bağlılığını, milli-mənəvi dəyərlərə diqqət gostərməsinin əyani sübutu olaraq təşkilatımızda bu yöndə layihələri ümumtürk kontekstində keçiririk. Türk gəncliyinə meydan açan Türk Ağsaqqallar Birliyi-TAİB – in əsas məramı da bundan ibarətdir”- deyə B. Məmmədov vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR