Pyatiqorsk şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Martın 20-də Rusiya Federasiyasıının Pyatiqorsk şəhərində Novruz bayramı qeyd edilib. “Diaspornews.az” xəbər verir ki, bayram tədbiri Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşəbbüsü ilə M. Qorki adına mərkəzi kitabxanasında keçirilib. İki hissədən ibarət olan tədbirin birinci hissəsi kitabxanın foyesində təşkil edilib. Burada qonaqlara Novruzun adət və ənənələrindən danışılıb, şirniyatlar, eləcə də milli xalçalarımız və bir çox atributlarımız nümayiş etdirilib. Həmçinin şəkərbura, qoğal və paxlavanın hazırlanması haqqında master klass da göstərilib.

İkinci hissə isə kitabxananın böyük zalında keçirilib. “Xarı Bülbüllər” ansanbılının üzvləri rəqs ediblər.

Bayram tədbinin açılışını “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov edib. Sonra fəxri qonaq Pyatiqorsk şəhər dumasının sədri Poxilko Lyudmilaya söz verib. O, hər kəsi salamlayaraq Novruz bayramı münasibəti ilə təbrik edib və ardınca uşaqlara bayram hədiyyələrini təqdim edib.

Daha sonra qonaqlardan RF Dağıstan Respulikasından AMMM-nin Mahaçqala şəhəri üzrə sədri Rakif Əzizov, RF Çeçenistan Respublikası cəmiyyət sədri Əliəskər Əzizov, RF İnquşetiya Respublikası cəmiyyət sədri Rəhmətullah Babayev, RF Qaraçay-Çərkəz Respublikasının Çərkəz şəhəri üzrə sədri Hakverdi Məmmədov və Mineralnı vodı şəhərinin AMMM-nin rəhbəri Eldar Babayev cıxış ediblər.

“Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov deyib ki, uşaqlar çox maraqlı və rəngarəng Novruz bayramını bütün gözəllikləri ilə ifa etdilər: “Çalışdıq ki, Novruz bayramına aid bütün adət-ənənələri nümayiş etdirək. Bayram təbirində “Qoğalın nağılı”, “Arşın mal alan” əsərindən Vəli və Tellinin dueti, Kosa və Keçəlin duetləri, çoxlu bayatılar, rəqslər, mahnılar, papaqatdı və bir çox dəyərləri yaşada bildik. Qonaqların hamısının çox xoşuna gəldi”.

Sonda kollektiv şəkil çəkilib. Bayram mərasimi “Qrant Kafaz” restoranında davam edib.

image-431577873_1448800322412569_5352372991663564293_n

image-433622341_1448800689079199_8289432147214099672_n

image-433635037_1448800779079190_7500111931066654784_n image-433703032_1448800652412536_869344343353652036_n

image-434043450_1448800735745861_8747957500226663983_n

image-434069579_1448800599079208_5710500418957648527_n

image-434144266_1448800882412513_3998203165843701656_n

image-75fbb2f8-ebb2-4c9a-9581-7768c4cd83fb

Fuad Hüseynzadə

Diaspornews.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR