Moskvadakı soydaşlarımız “Crocus City Hall”dakı terror aktı qurbanlarının xatirəsini yad ediblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Martın 24-də “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatının nümayəndələri “Crocus City Hall”da terror aktı qurbanlarının xatirəsinə hadisənin baş verdiyi yerə gül dəstələri qoyublar.

“Moskva sakinləri olaraq biz vətəndaşlıq borcumuzu yerinə yetirdik. Hadisə zamanı bütün ölənlərin yaxınlarına başsağlığı veririk”, – deyə təşkilatın sədri Əli Kazımov  saytmıza bildirib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da insanlara atəş açılıb. Baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 140 nəfərə yaxındır.

image-589dc384-1bcf-49d5-b5e7-29f702cc43aa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR