TAİB üzvləri Milliyətci Hərakatı Partiyasının İzmir İl mərkəzində rəsmi görüşdə olublar
Türk Ağsaqqalları İctimai Birliyi Gənclər Təşkilatının həmsədri, ictimai-fəal Sübhan Xıdırzadə və TAİB GT-nin Türkiyə nümayəndəliyinin sədr müavini Yusif Sina Atıcı Milliyətci Hərakatı Partiyasının İzmir İl mərkəzində rəsmi görüşdə olublar.
MHP İzmir İl mərkəzinin sədri Veysəl Şahinlə görüşblər. Görüşdə Veysəl Şahin Türkiyə Azərbaycan münasibətlərində gənclərin önəmini vurğulayıb və Sübhan Xıdırzadə ətrafında olan gənclərlə Ülkü ocakları arasında əlaqələrin qurulmasının əhəmiyyətli olduğunu qeyd edib.
“Türk dünyası və Turan üçün atılan addımlarda Ülkü ocakları və TAİB gəncləri öz növbəsində birgə töhfə üçün çalışmalıdırlar”.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın uğurlu siyasətindən və Türk əsrinin sürətlə inkişafı istiqamətində görülən işlərdən danışılıb.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Sübhan Xıdırzadə və rəhbərlik etdiyi heyət MHP İzmir İl mərkəzinin sədr müavini Sərdar Seçkinlə görüşüblər. Görüş zamanı birgə təşkilatçılıq ilə əlaqədar görüləcək işlərdən və lahiyələrdən danışılıb. Hər iki tərəfin gənclərinin birgə fəaliyyəti üçün ortaq platformanın hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar Xəbərlər
- Tərtərə düşmən hücumu nəticəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırıldı
- TAİB-in Qadınlar Şurasının üzvü, fəlsəfə doktoru Xuraman Hümmətova: “TAİB nümunəvi və ölkə hüdudlarından kənarda tanınan bir təşkilatdır”
- Azərbaycanda keçirilmiş növbədənkənar seçkilər çoxpartiyalı sistemin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır