Ukrayna azərbaycanlıları İlham Əliyevin namizədliyini dəstəkləyir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ukraynanın Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin üzvləri 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Bununla bağlı Ukraynanın Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov adından Prezident İlham Əliyevə dəstək məktubu ünvanlanıb.

Məktubda bildirilir: “Müzəffər Ali Baş Komandan, Sizin dünya azərbaycanlılarının lideri olaraq atdığınız hər bir addım bizləri ruhlandırır. Bu gün Ukraynada müharibə olmasına baxmayaraq biz də öz ictimai aktivliyimizi qoruyuruq.

Azərbaycanın hər bir qarış torpağı, o cümlədən Qarabağ bizim üçün doğmadır. Sizin 20 il ərzindəki səmərəli və uğurlu fəaliyyətinizin nəticəsi olarq  Azərbaycanın ərazi bütüövlüyü tam təmin edilib. Bu gün dünya azərbaycanlıları Sizin rəşadətiniz və əmrinizlə Milli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinə görə ən xoş anlarını yaşayır və azərbaycanlı olmaları ilə milli qürur hissi keçirirlər.

Biz hər zaman Azərbaycan dövlətinə və Prezident olaraq Sizə arxalanaraq öz fəaliyyətimizi qürurla davam etdiririk. Fəxr edirik ki, azərbaycanlıyıq. Fəxr edirik ki, Azərbaycanın Sizin kimi müzəffər Prezidenti var. Ali Baş Komandan olaraq Sizin hər hansı çağırışınıza qürur hissi ilə əməl etməyə hazırıq. Qarşıdan gələn prezident seçkilərində Sizə uğurlar arzu edirik. Tanrı Sizi və xalqımızı qorusun! Qarabağ Azərbaycandır”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR