Krasnoyarskda 20 Yanvar şəhidləri yad edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yanvrın 20-də Krasnoyarsk məscidində 20 yanvar 1990-cı il tarixində Bakı faciəsinin “Qara yanvar” kimi tanınan qurbanlarına həsr olunmuş xatirə gecəsi keçirilib. Anım tədbiri Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib.

Tədbir bir dəqiqəlik sükutla başlayıb, sonra şəhidlərin xatirəsi Qurani-Kərim oxunaraq yad edilib.

Tədbirdə Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov və din xadimi hacı Mütəllib İbişov çıxış ediblər.

Çıxış edənlər 20 yanvar 1990-cı il tarixində baş vermiş faciəli hadisələrdən danışıb.

Allah şəhidlərə rəhmət etsin!

image-ej7evk-euyi image-ukjkob0938s

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR