“Sivil Toplum” Monitorinq Koalisiyası müşahidəçilər üçün təlimləri davam etdirir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Sivil Toplum” Monitorinq Koalisiyasının müşahidəçiləri təlimatlandırılması məqsədi ilə keçirdiyi silsilə təlimlər 13 yanvar 2024-cü il tarixdə saat 11.00-da Cəlilabad şəhərində, 15.00-da isə Biləsuvar şəhərində davam edib. Bu gün, 16 yanvar 2024-cü il tarixdə isə Bakı şəhəri Binəqədi rayonunda fəaliyyət göstərəcək müşahidəçilər üçün təlim keçirilib. Təlimlərdə  Koalisiyanın həmsədrləri Q. Ə. İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri),  Ə. N. Abbasbəyli («Cəмiyyətin İnкişаfı Mərkəzi» Ictimаi Birliyinin sədri) və A. M. Kərimov (“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədi) iştirakçılar qarşısında çıxış edərək, “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat veriblər. Q. İbrahimli Koalisiya barədə ətraflı məlumat verərək, təsisçi təşkilatları, onların rəhbərlərini iştirakçılara təqdim edib, Koalisiyanın məqsəd və məramlarını açıqlayıb. Sonra  Ə. N. Abbasbəyli isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verib. Müşahidəçilərin fəaliyyətinin seçki prosesində əhəmiyyətini vurğulayaraq, bu təlimlərin faydalı olacağına inandığını bildirdi. Çıxışların ardınca A. Kərimov  təlim prosesinə başlayaraq “Mərkəzi Seçki Komissiyasının hazırladığı  “Müşahidəşilər üçün yaddaş” və seçki qanunvericiliyi barədə ətraflı məlumat verildi.

Təlim zamanı iştirakçıların çoxsaylı sulları cavablandırılaraq, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Sonda isə təlimçilər üçün müvafiq sənədlər təqdim edilib.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR