Əməkdar artist Aygün Bəylərin əziz xatirəsinə həsr olunmuş elektron toplu hazırlanıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası fəxri oxucularının, ziyalıların tanınmış sənətkar, xalqın sevimlisi, sənət fədaisi, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) əziz  xatirəsinə həsr etdikləri esse, hekayə, şeir və fikirlərindən ibarət elektron toplu hazırladı.

Elektron topluda tanınmış yazıçı və şairlər Nüşabə Məmmədlinin,  Baba Vəziroğlunun, Ramiz Qusarçaylının, Gülarə Munisin, Gülzar İbrahimovanın, Solmaz Elqızının, Nəzakət Məmmədlinin, Əli Ələminin, Xuraman İsmayılovanın, Qadir Hüseynovun Aygün Bəylərə həsr etdiyi  esse, hekayə, şeirlər yerləşdirilib. Bundan başqa elektron topluda, xalq artisti Flora Kərimovanın, professorlar Solmaz Amanova və Elşanə Ağasıyevanın, ziyalılardan Dilarə Nağıyeva-Muxtarovanın, Afət İslamın, Nigar Axundovanın, Bəhram Bağırzadənin, Maya Cəbrayılovanın, Esmiralda Hüseynovanın, Lətifə Məmmədovanın və b. ürək sözləri yerləşdirilib.

Aygün Bəylər nəğmələrində yaşayacaq, nəğmələri ilə evlərimizin qonağı, ruhların sakini olacaq.

Elektron toplu aşağıdakı keçiddə yerləşdirilib: https://drive.google.com/file/d/1mQ9pcNb3edqGJ76jl27U51N7462P1kj1/view

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR