Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələr yarışda qələbə qazandı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

09.12.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasında ölkədə ilk dəfə həyata keçirilən Ağır Cinayətlər Məhkəmə Müsabiqəsinin final mərhələsi baş tutmuşdur.

“DAVAM” Hüquq Mərkəzinin Sədr-müavini və müsabiqənin layihə müəllifi Cəlil Nağıyev çıxış edərək Ağır Cinayətlər Məhkəmə Müsabiqəsinin ölkədə ilk dəfə olaraq keçirilməsi və hüquqşünas tələbələr üçün əhəmiyyətini vurğulamışdır.

Məhkəmə Müsabiqəsinin sonunda təşkilati dəstəyinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov, Aparat rəhbəri Elvin Hətəmzadə, hakim qismində iştirakına görə Ali Məhkəmənin hakimləri- Rəşad Abdulov, Elşad Şamayev və Nazim Mövsümov, təşkilati dəstəyinə görə “15 saylı” Mediasiya Təşkilatının rəhbəri Qasım Şaliyev və “Qanunçuluq” Vəkil bürosunun rəhbəri Ərəstun Qasımova təşəkkürnamələr təqdim edilmişdir.

Ağır Cinayətlər Məhkəmə Müsabiqəsinin final mərhələsində Nürnbergers və Young Lawyers komandaları üz-üzə gəlmişdir və Ali Məhkəmənin hakimləri tərəfindən aparılan qiymətləndirmə nəticəsində Nürnbergers komandasının üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbələri Anar Hüseynli və Ləman Nadirova 177 bal toplayaraq qalib gəlmişdirlər. Young Lawyers komandası isə 168 bal toplamışdır.

Qeyd etmək lazımdır ki, Ağır Cinayətlər Məhkəmə Müsabiqəsi 3 mərhələdən – birinci instansiya, apellyasiya instansiyası, kassasiya instansiyası mərhələlərindən ibarət olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində səkkizdə bir və yarımfinal mərhələlərini uğurla keçən komandalar final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqə formatına görə, əvvəlcədən təqdim olunmuş kazus və materiallar əsasında tərəflərdən biri ittiham mövqeyi, digər tərəf müdafiə mövqeyindən çıxış etməklə real məhkəmə prosesi çərçivəsində çıxış edərək mübarizə aparmışdırlar.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR