“Fransada söz və ifadə azadlığı, xüsusi ilə xarici KİV-lərin orada sərbəst fəaliyyəti ilə bağlı ciddi problemlər mövcuddur”
AZƏRTAC-ın əməkdaşına qarşı Yeni Kaledoniyada yerli polis tərəfindən kobud rəftara və qeyri-qanuni davranışlara məruz qalması bir aydın nümayiş edirir ki, Fransa bütün mövqelərində və davranışlarında hər zaman riyakar və qeyri-səmimi olub. Bu sözləri “Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, birinci növbədə Azərbaycan jurnalisti tam qanun çərçivəsində öz peşəkar fəaliyyətini həyata keçirib: “Onun Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyada polis zorakılığına məruz qalması bu ölkədə söz və ifadə azadlığı prinsiplərinə necə hörmətsiz yanaşıldığının göstəricidir. Hər zaman müşahidə olunur ki, Fransa rəsmiləri, başda prezident E. Makron olmaqla dünyaya demokratiya və insan hüquqları ilə bağlı dərs verməyə çalışırlar. Makron rejiminin özü isə dəfələrlə əsl diktator simasını nümayiş etdirib. Belə ki, müxtəlif zamanlarda Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı polisin etirazçılara qarşı necə zorakı davrandığını dünya ictimaiyyəti çox yaxşı xatırlayır. Ayrıca olaraq da, AZƏRTAC-ın müxbirinə qarşı polisin qanunsuz davranışları bir daha sübut etdi ki, bu və ya digər hüquqların qorunması, xüsusilə də söz və ifadə azadlığı prinsiplərinin gözlənilməsi sahəsində ən böyük problemin elə Fransanın özündə mövcuddur. İkincisi, Fransa Azərbaycan ərazisindən könüllü şəkildə ərazimizi tərk etmiş ermənilərin hüquqları və gələcək vəziyyətləri üzərindən riyakar siyasi spekulyasiyalar etməklə məşğuldur. Həm Fransa parlamentində, həm də Aİ parlamentində Azərbaycana qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması üçün təşəbbüslər və cəhdlər edən məhz Fransadır. Bu zaman bir paradoksallıq meydana çıxır. Fransa, uzaq bir çoğrafiyada ermənilərin guya pozulmuş hüquqlarına görə narahatdır, amma Yeni Kaledoniya xalqının uzun illərdir azadlıq istəklərini hər vasitə ilə yatırmaqdadır. Bununla yanaşı, Yeni Kaledoniyadakı reallıqların işıqlandırılması imkanları da aşkar, qeyri-qanuni məhdudlaşdırılır. Üçüncüsü, bununla Fransa Azərbaycana qarşı qərəzli münasibətini bir daha nümayiş etdirmiş oldu. Belə ki, müxbirin məhz Azərbaycandan getdiyini əsas götürərək onun fəaliyyətinə qeyri-qanuni müdaxilə olunub və polis nəzarəti altında ölkədən çıxarılıb. Bu da, baş verənlərin siyasi motivli və sifariş olduğunu aydın göstərir. Bütün bunlar Fransada söz və ifadə azadlığı və KİV-lərin, xüsusilə də, xarici KİV-lərin orada sərbəst fəaliyyəti ilə bağlı ciddi problemlərin olduğunu göstərir. Bu, təkcə Azərbaycana qarşı deyil, ümumilikdə insan hüquqlarına, ayrıca olaraq, söz və ifadə azadlığına qarşı yönəlmiş fəaliyyətdir”.
Oxşar Xəbərlər
- TAİB Qaxda Konfrans təşkil etdi – “Yunus Əmrə sözünün Türk özünüdərkinə təsiri” – FOTOLAR
- Ramin Əhmədov: “Azərbaycanın təhlükəsizliyinin keşiyində duran görünməz qəhrəmanlarımızın dövlətçiliyimizin qarşısında misilsiz xidmətləri var”.
- “Vikipediyanın Azərbaycan dili bölməsində 191 mindən çox məqalə var”