Böyük şair Rəsul Həmzətovun 100 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Dağıstanın xalq şairi Rəsul Həmzətovun 100 illik yubileyi ilə əlaqədar politoloq-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadənin “Milyonların nəğməkarı – Rəsul Həmzətov” kitabı əsasında videoçarx hazırladı.
Videoçarxın əvvəlində xalq şairi Rəsul Həmzətov haqqında qısa bioqrafik məlumat verilir. Daha sonra böyük şair, ictimai xadim Rəsul Həmzətovun həyat və yaradıcılığını əks etdirən bir sıra maraqlı tarixi fotoşəkillər nümayiş olunur. Burada R.Həmzətovun, onun ailəsinin, qələm dostlarının, oxucularla və doğma diyarının sakinləri ilə fotoşəkilləri, məşhur şeirlərindən parçalar, şairin dəyərli fikirləri yer alıb.
Rəsul Həmzətovun Azərbaycan, Bakı, Azərbaycan ədibləri haqqında səmimi sözləri də videoçarxda yerləşdirilib. Rəsul Həmzətov Bakıda olarkən böyük dostu və müəllimi, xalq şairi Səməd Vurğunun məzarını ziyarət etmiş, o, xalq şairi Nəbi Xəzri, dostu və şeirlərini Azərbaycan dilinə tərcümə edən şair Tofik Bayramla görüşmüşdür.
Tanınmış şairin Ulu Öndər Heydər Əliyevlə olan səkili və Ulu Öndərin Rəsul Həmzətov haqqında dediyi fikirlər əks olunub.
Şairin Rusiya prezidenti Vladimir Putinlə olan şəkili də nümayiş olunur.
Sonda R.Həmzatovun Moskva şəhərində ucaldılmış abidəsi, “Durnalar” şeirini əbədiləşdirən memorial lövhə və kitabın müəllifi politoloq-publisist Reyhan Mirzəzadənin şair haqqında fikirləri nümayiş olunur.
Kitabın ön sözünün müəllifi yazıçı-publisist Zöhrə Əsgərovanın Rəsul Həmzətov haqqında düşüncələri videoçarxda yer alıb.
Videoçarxdakı məlumatlar Azərbaycan və rus dillərində verilib.
Videoçarx Müslüm Maqomayevin “Şah İsmayıl” operasının musiqisi ilə müşayət olunur.
Videoçarx aşağıdakı keçiddə izləyicilərin diqqətinə təqdim edilir:
https://www.youtube.com/watch?v=eTIaFbMG77w

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR