Şimali Kipr Türk Respublikasında Qənirə Paşayeva üçün anma tədbiri keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Şimali Kipr Türk Respublikasında fəaliyyət gösdərən diaspora təşkilatımız olan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə mərhum millətvəkili Qənirə Paşayeva üçün anma tədbiri baş tutub. Cəmiyyətdə xatirə kitabı qoyulub. Qonaqlar xatirə kitabına öz ürək sözlərini qeyd ediblər. AKDC binasında keçirilən tədbirdə Şimali Kipr Türk Respublikası Milli Məclisinin sədri Zorlu Törə və digər qonaqlar iştrak edib. Yerli QHT və medya təmsilçiləri ilə birlikdə soydaşlarımız qatılıblar. Tədbiri giriş sözü ilə açan AKDC sədri Orxan Həsənoğlu əvvəlcə qonaqları salamlayıb. Qənirə Paşayevanın dünyasına dəyişənə qədər keçdiyi şərəfli həyat yolundan bəhsedib. Onun geniş fəaliyyətinin bir bölümündə Şimali Kipr Dövlətinin maraqlarının müdafiəsinin olduğuna da diqqət çəkib. Daha sonra çıxış edən ŞKTR Xarici işlər nazirliyinin sözcüsü Züleyxa Karaman məclis iştrakçılarını XİN rəhbəri adından salamlayıb və baş sağlığı mətnini səsləndirib. ŞKTR Məclis sədri Zorlu Törə Türk dünyası üçün geniş fəaliyyət gösdərən mərhum millət vəkili Qənirə Paşayevanın hər zaman ŞKTR dosdu olaraq qalacağını və unudulmayacağını qeyd edərək: “Qənirə xanım hər zaman bütün beynəlxalq platformalarda ŞKTR-maraqlarını müdafiə edirdi. O ümumilikdə Türk dövlətlərinin birliyinə çalışırdı. Fəaliyyəti dövründə bir neçə dəfə ölkəmizə səfəri baş tutmuşdu. O həmçinin bizim və ümumilikdə Türk xalqlarının vəkili idi” deyə sədr vurğulayıb. Tədbirdə Qənirə Paşayevanın həyatından bəhsedən qısa film gösdərilib. Daha sonra ruhuna Qur-ani kərim oxunaraq dualar edilib. Ehsan verilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR