Mirsamir Məmmədov: “Araik Arutyunyan və digər canilərin həbs edilməsi Azərbaycanın qələbəsinin kuliminasiyasıdır və benəlxalq hüququn tələbidir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Azərbaycan ordusu 44 günlük müharibədə göstərdiyi qəhrəmanlıqla BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququ təkbaşına icra etdi. 44 günlük müharibədə qazanılan parlaq qələbə ilə son 30 ildə beynəlxalq hüquq və ədalət bərpa oldu. Sentyabrın 19-da Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə və erməni terrorçularına qarşı başlanan və cəmi 23 saat davam edən lokal xarakterli anti-terror əməliyyatı ilə proses sona çatdı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu‚ son 31 ilin ən əlamətdar hadisəsidir ki‚ haqq-ədalət bir daha zəfər çaldı və separatçı rejim özünü buraxdı‚ erməni terrorçuları‚ Qarabağdakı keçmiş separatçı rejimin rəhbərləri həbs edildilər. Xüsusən Araik Arutyunyanın həbs edilməsi tarixi ədalətin və beynəlxalq hüququn tələbi və icrasıdır.

Qarabağdakı keçmiş separatçı və quldur rejimin keçmiş başçısı‚ terrorist Araik Harutyunyan və digər separatçılar‚ beynəlxalq qanunlarla ən ağır cinayət hesab edilən hərbi cinayətlər‚ terror əməlləri törədib. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren ərazilərində hərbi birləşmə‚ terror ocaqları‚ təxribat‚ kəşfiyyat və diversiya qurupları yaratmaq‚ mülki sakinlərin yaşadığı əraziləri və obyektləri bombalamaq‚ mülki sakinləri qətl etmək‚ mina terroru törətmək və bir çox ağır cinayət əməlləri törətmişdir. Artıq Araik Harutyunyan və onunla birgə digər separatçılar və terroristlər yerli və beynəlxalq qanunlara uyğun və müvafiq olaraq mühakimə edilərək ən ağır şəkildə cəzasını alacaqdır.

Cənab prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti diplomatiya ilə bərabər hərb meydanında da öz sözünü deməkdədir. Cənab İlham Əliyevin uğurlu‚ prinsipial‚ uzaqgörən və praqmatiq siyasəti nəticəsində Azərbaycan ordusu daha da güclənmiş və hazırda Azərbaycan ordusu regionun ən güclü ordusudur. Məhz bunun göstəricisidir ki‚ Azərbaycan ordusu düşmən üzərində son 300 ilin tarixi və parlaq qələbəsini qazanaraq mötəbər bir tarix yazdı.

Bunun nəticəsidir ki‚ artıq bütün Xocalı cəlladları‚ əsgərlərimizin‚ xalqımızın və günahsız dinc sakinlərimizin qanını axıdanlar hər biri həbs edilərək məsuliyyətə cəlb edilmişdir. Bütün Xocalı canilərinin və xüsusən 2020-ci ilin Vətən müharibəsində Gəncə‚ Bərdə və bir çox bölgələrimizdə mülki insanların yaşadığı ərazilərin bombalanması‚ Azərbaycan ərazillərinin minalanması nəticəsində çox sayda hərbçimizin‚ mülki vətəndaşların‚ ərazilərimizdə xidmət aparan polis əməkdaşlarının çox sayda mülki sakinlərimizin mina terroruna və atəşə tutularaq öldürülməsindən tutmuş‚ mütamadi hərbi təxribatlar‚ terrorlar və milli‚ irqi və dini zəmində ağır hərbi cinayətlər törədərək çox sayda əgərimizin və mülki sakinlərimizin şəhid edilməsində günahkar olan Araik Arutyunyanın və digər Xocalı canilərinin həbs edilməsi‚ son 31 ildə müstəqilik tariximizin qızıl hərflərlə yazılacaq hadisəsidir. Bu hadisə özlüyündə yeni bir mötəbər tarixin və yeni bir mərhələnin başlanğıcı‚ Azərbaycanın tarixi qələbəsinin rəmzidir.

Bununla da bütün mənfur düşmən qüvvələrin‚ ermənilərin bütün havadarlarının məkrli oyunları‚ ermənipərəst dövlətlərin və ermənipərəst mərkəzlərin məkrli planları alt-üst oldu və iflasa uğradı. Fransa və bir çox ermənipərəst avanturist qüvvələrin for-postu olan quldur və xunta rejimin rəhbərlərinin və xüsusən‚ hərbi cinayətkar və terrorist Araik Arutyunyanın DTX əməkdaşları tərəfindən yaxalanması artıq Azərbaycanın qələbəsinin kuliminasiya nöqtəsidir. Bununla da bir daha bütün mənfur düşmənlərin‚ özlərini bu günə qədər fors-major hesab edənlərin bütün məkrli planları yerlə-yeksan oldu. Başda qalib Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti‚ prinsipial və əzmkar mövqeyi‚ uzaqgörən və parlaq siyasəti‚ Azərbaycan dövlətinin gücü və qüdrəti‚ Azərbaycan ordusunun qəhrəmanlığı‚ Azərbaycan təhlükəsizlik və kəşfiyyat orqanlarının çevikliyi bütün mənfur düşmənlərin məkrli siyasətini bundan sonra da alt-üst edəcək. Artıq bütün dünya başa düşməli və Azərbaycana qarşı məkrli planlar quran və anti-kampaniyalar həyata keçirən‚ avanturist qüvvələr anlamalıdır ki‚ bölgənin aparıcı ölkəsi Azərbaycandır‚ hər bir xarici dövlət və hər kəs‚ statusundan və kimliyindən asılı olmayaraq Azərbaycan dövləti ilə bu bölgədə hesablaşmalı və Azərbaycana qarşı forpost qüvvə yaratmaq siyasətindən əbədiyyən əl çəkməlidir. Fransanın‚ ermənilərin oyuncağı olmuş Avropa Parlamentinin və digər ermənipərəst qüvvələrin bölgədə ermənilərin müdafiəçisi qismində görsənib əslində özlərinin qəsbkarlıq‚ talançılıq və imperialist siyasətini həyata keçirtməyə çalışaraq Azərbaycana qarşı mənfur planlar‚ anti-kampaniyalar həyata keçirtəməyə çalışması heçbir nəticə verə bilməz. Parisin‚ Avropa Parlamentinin və digər ermənipərəst mərkəzlərin bütün məkrli planları və ermənipərəst siyasəti hər zaman iflasa uğrayacaq.

 

Dr. Mirsamir Məmmədov

İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan
Respublikasındakı Regional
Nümayəndəliyinin Direktoru‚

Dünya Krav Maqa Federasiyasının
Müstəsna Komitəsinin üzvü və Azərbaycan
Nümayəndəliyinin rəhbəri‚

Beynəlxalq Polis Təşkilatı Akademiyası
(IPOA)-nın Azərbaycan üzrə koordinator-direktoru‚

Beynəlxalq dərəcəli
anti-terror mütəxəssisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR