Ulu Öndərin sədaqət andı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəlişi ilə ölkəni bürüyən total böhrandan, olduqca ağır, fəlakətli, anarxiya vəziyyətindən çıxarmışdır

Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın düşdüyü ağır vəziyyət nə tarixin, nə də xalqın yaddaşından silinməyib. Həmin illərdə iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti böhranı baş vermişdir. Hakimiyyətə gəririlən səriştəsiz rəhbəlik gündən-günə güclənən erməni təcavüzünün qarşısını almaq, ordu yaratmaq, xalqı səfərbər etmək, vətənin təhlükəsizliyini və əhalinin rifahını təmin etmək gücündə deyildi. Hakimiyyət dairələri arasındakı siyasi çəkişmə və hərc-mərcilik ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Azərbaycanın iqtisadiyyatı da bərbad hala salınmışdır. Onilliklər ərzində yaradılmış iqtisadi potensial dağıdılmışdır. Azərbaycan faktiki olaraq iqtisadi iflas vəziyyətinə gəlib çıxmışdır. 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istəmişdir. Ulu Öndər yenidən hakimiyyətə gəlişi ilə ölkəni bürüyən total böhrandan, olduqca ağır, fəlakətli, anarxiya vəziyyətindən çıxarmışdır. Yeni nəsil həmin ağır günləri unutmamalı, bu tarixdən dərs almalıdır.

1993-cü ilin 3 oktyabrında Ulu Öndər Heydər Əliyev Prezident seçildikdən dövlət və xalqı qarşında sədaqət and içmişdir.  Həmin ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir. Dövlət təsisatlarının hər bir sahəsində islahatlar aparılmışdır. Aparılan köklü islahatlar öz müsbət nəticəsini göstərmişdir. Bu islahatların aparılmasına real olaraq ehtiyac var idi. İslahatlar dövləti yenidən qurmaq və inkaşf etdirmək üçün əhmiyətli zəmin yaratdı. Bunun üçün siyasi iradə gərək idi. Ulu Öndərin siyasi iradəsi sayəsində Azərbaycan özünün ən yüksək səviyyədə çiçəklənmə dövrünü yaşamışdır. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Ümumiyyətlə, Ulu Öndərin özünəməxsus siyasi hakimiyyəti idarəetmə prinsipləri olub. Bu prinsiplər dövlətçilik, qanunçuluq və sədaqətə söykənir. Dövlət idarəçiliyində liderlərin əsas amalı xalqın inam və etimadını qazanmaq olmalıdır. Ümummilli Lider hələ ötən əsrin 70-ci illərində Azərbaycanda hakimiyyətdə olarkən xalqın bu inamını qazanmışdır. Ona görə də xalq 90-cı illərdə öz liderinə inanaraq müstəqil dövlətin idarəçiliyinə dəvət etmişdir.

Lakin Sovet dönəmindən fərqli olaraq ikinci dəfə hakimiyyətə gəlişində Azərbaycanın taleyüklü Qarabağ probemi var idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Ulu öndər bu problemin sülh yolu ilə həllinə çalışmışdır. Öz çıxışlarında da bunu dəfələrlə demişdir: “Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq”. Bu gün Ulu Öndərin siyasi varisi Ali Baş Komandan İlham Əliyev məhz sülh üçün çalışır. Ata vəsiyyətini layiqlə yerinə yetirən Prezident İlham Əliyev diplomatik şücaəti və dəmir yumurq sayəsində Ermənistanı sülh gətirmişdir. 3 il ərzində qazanılan iki şanlı Qələbə ilə Qarabağda 30 il davam edən separatçılığa son qoyulmuşdur.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR