" />

Türk Ağsaqqalları Birliyinin sədri, akademik Sudeif İmamverdiyevin 85 illik yubileyidir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Türk Ağsaqqalları Birliyinin sədri, AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, akademik, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, məşhur “91”-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, YAP Veteranlar Şurasının üzvü Sudeif İmamverdiyevin 85 illik yubileyidir.

TAİB ailəsi adından Türk elinin dəyərli agsaqqalını yubiley münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq.

Qeyd edək ki, S. İmamverdiyev elm sahəsində göstərdiyi xidmətlərə görə 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2006-cı ildə isə elm sahəsində göstərdiyi xidmətlərə görə “Y. Məmmədəliyev adına medal”la təltif edilmiş, 2008-ci ildə isə Əməkdar Elm Xadimi adına layiq görülmüşdür. Alim həmçinin elm sahəsində göstərdiyi xidmətlərə görə 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü secilmiş, Elmi məktəbin yaradıcısı fəxri adına layiq görülmüş və cərrahi urologiyada ixtiraçılıq və səmərələşdirici təklif vermək fəaliyyətinə görə “Nobel” medalı ilə təltif olunmuşdur.

85 yaşınız mübarək!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR