TAİB sədri Binəli Yıldırımla görüşdü

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları İctimai Birliyinin sədri, akademik Sudeyif İmamverdiyev Şuşa şəhərində Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımla görüşüb

Türk Ağsaqqalları İctimai Birliyinin sədri, akademik Sudeyif İmamverdiyev Şuşa şəhərində Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı beynəlxalq konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımla görüşüb.

Agsaqqallar.com xəbər verir ki, görüşdə, TAİB sədri rəhbərlik etdiyi ictimai birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin gələcək əməkdaşlıq imkanları və Türk dövlətlərinin qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi xüsusunda fikir mübadiləsi də aparılıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR