Sarsılmaz qardaşlıq!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş gündə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüblər. Bu iki dövləti birləşdirən bir çox amillər var. İlk növbədə tariximiz, mədəniyyət, dilimiz, dinimiz, milli dəyərlərimiz, xalqımızın qardaşlığı bu birliyi təmin edir.
Hal-hazırda Azərbaycan Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərirlər. Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qarşılıqlı münasibətlərinin mahiyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “ Bir millət iki dövlət” və Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün söylədiyi kimi “ Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizidir“ kəlamlarindan dəqiq ifadə olunub. Və bu yaxınlarda da Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə ilə görmüş olduq ki, qardaşlıq münasibəti necə də güclüdür. Xalqımız necə də sevindi. Bu bir daha qardaşlıq münasibətlərinin möhkəm və sarsılmaz olması deməkdir! Qürurverici və sevindirici haldır ki, Türkiyə- Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir. Bütün bunlar bunu göstərir ki, əbədi və əzəli olan Azərbaycan- Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır!
Biz TAİB gəncləri türk birliyinin inkişafı, tariximizin qorunması yönündə müxtəlif layihələr həyata keçiririk. Soyumuzu, kökümüzü, tarixi həqiqətlərimizi dünyaya çatdırmaq, milli irsimizi qorumaq, gələcək nəsillərə ötürmək Azərbaycan vətəndaşı olaraq bizim vicdan borcumuzdur. Azərbaycan gəncliyi ona dövlət tərəfindən yaradılan hər cür şəraitdən səmərəli istifadə edərək, vətən üçün öz dəstəyini verməlidir.
Bu gün biz TAİB-də müdrik ağsaqqallarla gənclik ruhumuzu birləşdirib Vətən üçün layiqli vətəndaş olmağa çalışırıq! Hər şey Vətən üçün! Tariximizi qoruyaq ki, nəsillərimiz yaşasın!

Fatimə Hacıyeva
TAİB GT-nin Mətbuat və sosial şəbəkələr üzrə sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR