TAİB gəncləri Naxçıvan Dövlət Universiteti tərəfindən ödülləndirildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi-TAİB Gənclər Təşkilatının 2022-ci ildən start verdikləri uzunmüddətli “Azərbaycanın türkçülük ideologiyasında gənclərin rolu: ideal yaxınlıq və mənəvi-əxlaqi prinsiplər” layihəsi çərçivəsində həyata keçirilən vikipediya təlimlərinin Naxçıvan üzrə növbəti turu başa çatıb.

Agsaqqallar.com xəbər verir ki, bu barədə TAİB GT sədri, ictimai fəal Sübhan Xıdırzadə Naxçıvanda keçirilən vikipediya təlimlərindən danışıb, növbəti rüb üçün nəzərdə tutulan tədbir və təlimlərdən də bəhs edib. Bu sahəyə marağın gücləndiyini bildirən GT sədri onu da vurğulayıb ki, TAİB və “Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə keçirilən vikipediya təlimlərində fəal iştirak edən gənclərə ənənəvi olaraq sertifikatlar təqdim olunur.

Qeyd edək ki, gənclər bu dəfə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tərəfindən təltif olunublar.

Təşəkkürnamələr TAİB-in mərkəzi ofisində birliyin İcra Aparatının rəhbəri Nicat Dağlar və sədr müavini Şərafət Şəfa tərəfindən gənclərə təqdim olunub.

  

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR