Şimali Kiprdə Ulu Öndərin 100 illiyi və Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Şimali Kipr Türk Respublikasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 28 May – Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar tedbir baş tutub. Tədbir Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.
Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzində təşkil olunan tədbir Azərbaycan və Türkiyənin himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.
Bunun ardınca isə müasir Azərbaycanın qurusucu Ulu Öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Atatürkün, eləcə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Agsaqqallar.com xəbər verir ki,Tədbirdə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Türkiyənin Şimali Kipr Türk Respublikasındakı səfiri Metin Feyzioğlu, Azərbaycanın Diasporla İşlər üzrə Dövlət Komitəsinin nümayəndəsi Əli Elbəy, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri, İnterpress Media Qrupunun rəhbəri Toğrul Allahverdili çıxış ediblər.
Eyni zamanda tədbirdə Şimali Kiprdən millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri, Lapta, Alsancaq, Çamlıbel belediyye sedrleri, eləcə də Şimali Kiprdə yaşayan soydaşlarımız iştirak ediblər.
Çıxışçılar tədbirin mahiyyətindən söz açıblar.
Qeyd edilib ki, Azərbaycan-Şimali Kipr əlaqələri gündən-günə inkişaf edir. Azərbaycan və Şimali Kipr əlaqələrinin tarixi keçmişə dayandığı və iki ölkə arasında qurulmuş körpülərin xeyli gücləndirildiyi bildirilib. Bu əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinin və iki ölkə arasında müxtəlif sahələr üzrə qarşılıqlı təcrübə mübadilələrinin aparılmasının zəruriliyi vurğulanıb.
Bununla yanaşı tədbirdə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin və Türkiyənin banisi Atatürkün xidmətlərindən söz açılıb. Qeyd edilib ki, hər iki liderin adı tarixə qızıl hərflərlə yazılıb. Onların öz dövlətləri, öz vətəndaşları və xalqları uğrunda göstərmiş olduqları xidmətləri xatırlanıb.
Bildirilib ki, türk xalqları arasında birliyin, vəhdətin, dostluq və qardaşlığın qorunub saxlanılması kimi mövcud əlaqələr bu gün də məhz Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən inkişaf etdirilir.
Tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən danışılıb.
Tədbir çıxışlarla davam etdirilib.
Tədbirin yekununda konsert proqramı təşkil olunub. Konsert proqramında Azərbaycanın sevilən sənətçisi, gənc bəstəkar və müğənni Elçin Cəfərovun ifasında vətənpərvər mövzusuna həsr olunmuş mahnılar təqdim edilib.
Vətənpərvər mahnıları dillər əzbəri olan E.Cəfərovun ifası tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.
Eyni zamanda Şimali Kipr Çağdaş Musiqi Derneyi orkestrinin ifasında müxtəlif musiqi parçaları səsləndirilib.
Oxşar Xəbərlər
- Saatlı, Sabirabad və İmişli rayonlarında yaşayan, müəllim olmaq istəyən və ya diaqnostik nəticələrini yüksəltməyə çalışan hər kəsin nəzərinə…
- Türkiyənin tanınmış siyasi analitiki:”Bu gün Azərbaycan dövləti həm Türkiyə, həm də bütün Türk-islam dünyası üçün bir qürur yeri olub”
- Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi