Azərbaycanın strateji tərəfdaşları ilə əlaqələri günü-gündən güclənir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Cari ilin 22 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı mətbuata verilən bəyanatlardan aydın olur ki, Azərbaycan və Litva arasındakı strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlər güclənməkdədir. Hər iki ölkə arasında çox fəal siyasi dialoq var və bu dialoq konkret nəticələrə söykənir. Ümumiyyətlə ölkələrimiz arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərməkdə davam edir.

Azərbaycan və Litva arasında əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər mövcuddur və gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcəkdir. Çünki Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. İqtisadi sabitlik olan ölkədə uğurlu əməkdaşlıqdan danışmaq olar. Bu əməkdaşlıq eyni zamanda, Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi fonunda Avropa İttifaqı-Azərbaycan çərçivəsində də davam edir. Qeyd etmək istəyirəm ki, artan tələbata uyğun olaraq Avropaya ixrac edilən qazın həcmi ildən-ilə artır. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün Avropaya özünün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir.
Bundan əlavə Azərbaycanda və Litvada bərpaolunan enerji növlərinin yaradılmasına çox böyük diqqət göstərilir və bununla bağlı işlər paralel şəkildə aparılır. Hər iki ölkədə – Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var.
Dünyamızda hökm sürən yeni geosiyasi reallıqlar baxımından qitələri birləşdirən və daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq təşəbbüsü gündəmdədir və bu sahədə ölkələrimizin payına böyük vəzifələr düşür. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən mövcud nəqliyyat marşrutlarını genişləndirməklə bu sahədə daha uğurlu əməkdaşlığa nail olacağıq.
Görüş zamanı Azərbaycan torpaqlarının uzun illər ərzində – 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalması və Azərbaycanın şanlı qələbəsindən sonra Qafqaza uzunmüddətli sülhün gətirilməsi üçün qaçılmaz sülh anlaşmasının imzalanması ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Əlbətdə ki, bu sülh anlaşması beynəlxalq norma və prinsiplərə uyğun olmalıdır.
Səfər çərçivəsində Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ölkələr arasında əməkdaşlığa dayanan bir sıra sənədlər imzalandı.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR