Ərdoğan: “Biz lazım olanda canımız hesabına demokratiyaya sahib çıxmışıq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Biz lazım olanda canımız hesabına demokratiyaya sahib çıxmışıq”.

Agsaqqallar.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

Onun sözlərinə görə, əvvəllər ölkəyə xidmət edən siyasətçilərin başına nə gəldisə, indi onların qat-qat artığı hazırkı hakimiyyətin də başına gəldi: “Məhkəmə qərarı ilə qarşımızı kəsmək, gözümüzü qorxutmaq istədilər. Dostlarımız vasitəsilə bizi hədəf aldılar, küçələrimizi yandıraraq qorxutmağa çalışdılar. Dekabrın 17-25-də indi şəxsən Bay-bay Kamalın montaj olduğunu etiraf etdiyi görüntülərlə milli iradəni ələ keçirmək istədilər. İyulun 15-də FETÖ təşkilatı ilə canımıza qəsd etdilər. İŞİD-dən PKK-ya bütün terror təşkilatlarını üstümüzə saldılar. Onların hamısının məqsədi xalqın seçki qutusunda verdiyi səlahiyyəti zorla geri almaq idi”.

Ərdoğan bildirib ki, xeyli silahdaşları terror təşkilatlarının xain hücumlarının qurbanı olub: “Seçki məntəqələrimizə molotof kokteyli atdılar, qardaşlarımıza hücum etdilər. Məruz qaldığımız onlarla təxribata rəğmən, hüquq və demokratiya yolundan geri çəkilmədik. Seçki qutularının ləyaqətinə, şərəfinə xələl gətirmədik. Nə deyəcəkdiksə, qutular vasitəsilə dedik. Bəzilərindən fərqli olaraq Qərb güclərinin qulaqlarımıza pıçıldadığına yox, Anadolu irfanına güvəndik. Bu gün 85 milyonun uzaqgörənliyinə güvənirik. Mayın 14-də Anadolu irfanının qalib gələcəyinə ürəkdən inanırıq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR