Xalqa həsr olunmuş ömür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanın xalqının keçmişinə, onun şanlı tarixinə nəzər yetirdikdə görürük ki, xalqın taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan görkəmli, nüfuzlu dövlət və siyasi xadimlər çox olmuşdur. Xalqı qarşısındakı xidmətlərinə görə daima yad edilən və yaddaşlara həkk olunan bu tarixi şəxsiyyətlər arasından yalnız biri ən yüksək ada, ən yüksək titula-ümümmilli lider pilləsinə yüksəlmişdir ki, o da dünya şöhrətli siyasətçi, əsrin ən böyük Azərbaycanlısı, əvəzolunmaz lider Heydər Əliyevdir.

Milli liderliklə siyasi liderlik kimi unikal xüsusiyyətləri özündə birləşdirən bu dahi insan müasir Azərbaycan dövlətinin banisi, qurucusu kimi tarixə düşmüşdür. Hər bir Azərbaycanlının güvənc və fəxr yeri olan, hər dəfə adını eşitdiyimizdə sevinc və qürur hissi keçirtdiyimiz Heydər Əliyev ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində böyük işlərə öz imzasını atmışdır. Fitri istedada, fenomenal yaddaşa, yüksək intellektə, mahir psixoloq və analtik düşüncə qabiliyyətinə malik olan bu insan eyni zamanda dünya elmi və ədəbiyyatına bələdliliyi ilə də hər kəs tərəfindən sevilən, hörmət bəslənilən lider kimi dünyada böyük şöhrət qazanmışdır. Gördüyü böyük işlərlə tarix yazan və yaradan ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin iqtisadi-siyasi tərəqqisinə və ümumiyyətlə hərtərəfli inkişafına nail olmuş, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın nüfuzunu beynəlxalq səviyyəyə qaldırmış, uğrunda şəhidlər qurban verdiyimiz müstəqilliyimizi əbədi və dönməz etmişdir.
Hələ rəhbərlik etdiyi sovet dövründən Azərbaycanı ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirməyi qarşısına məqsəd qoyan ulu öndər bütün dünya azərbaycanlılarını vahid bir amal, bir ideya ətrafında birləşdirən azərbaycançılıq ideyasının əsaslarını, prinsipləri və ilkin rüşeymlərini də məhz həmin vaxtlarda yaratmağa başlamışdır. Əslində hər hansı bir ideologiyanın bir xalq tərəfindən mənimsənilməsi, onun daşıyıcısına çevrilməsi prosesi uzun illərin əməyi nəticəsində əldə olunur. Amma Heydər Əliyev xüsusi metod və vasitələrlə Azərbaycançılıq məfkurəsini çox qısa bir zamanda xalqın milli ideologiyasına çevirməyi bacardı.
90-cı illərdə SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şansdan yararlanaraq dövlət müstəqilliyimiz yenidən bərpa olundu. Lakin müstəqilliyin ilk illərində Azərbaycan çox çətin sınaqlardan keçirdi. Belə ki cəbhədəki məğlubiyyətlər, separatçı və anti-milli qüvvələrin güclənməsi və daxildəki hakimiyyət üstündə çəkişmələr ölkəni xaos, anarxiya və vətəndaş müharibəsinə sürükləyirdi. Belə bir təhlükə və faciənin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və xalq bu günü hər il Milli Qurtuluş Günü kimi bayram edir. Ölkəni bürümüş bu təhlükə və faciədən, siyasi-iqtisadi böhrandan çıxarmağın yeganə yolunun Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dəvət edilməsində olduğunu dərk edən xalqın iradəsi və təkidi ilə 1993-cü ildə ulu öndər Naxçıvandan Bakıya gəldi. Xalq tərəfindən qayıdışı böyük sevinclə qarşılanan Heydər Əliyev ölkəni xaos və böhrandan çıxartdı, vətəndaş müharibəsinə son qoydu və nəhayət cəbhədə atəşkəsə nail oldu. Anti-milli qüvvələrə qarşı sanki bir sipər kimi dayanan bu böyük sərkərdə Azərbaycanın müstəqilliyinə qarşı yönələn 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevirilişi cəhdlərinin də qarşısını aldı. Böyük dövlətçilik və idarəçilik təcrübəsinə malik müdrik dövlət xadimi qısa bir zaman kəsiyində ölkənin daxili və xarici siyasətində böyüş dönüş yaratmış, Azərbaycanı dünyanın güclü dövlətlərinin və beynəlxalq təşkilatlarının maraq dairəsinə çevirmişdir. Nüfuzlu beynəlxalq təşkilatların üzvü seçilən Azərbaycan paralel olaraq Avropa ölkələri, ABŞ, qonşu ölkələr, islam və türk dünyası ilə milli maraqlar nəzərə alınmaqla əməkdaşlıqda yeni xarici siyasət konsepsiyası həyata keçirdi. Bütün bu qeyd etdiyimiz hadisələrdən belə nəticəyə gələrək tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən proseslərə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı Azərbaycan adlı bir dövlət bəlkədə dünya xəritəsindən silinəcəkdi. İqtisadiyyatın dirçəlməsi üçün ölkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəsinin vacibliyini hesab edən ulu öndər böyük təzyiqlərə baxmayaraq yüksək siyasi iradə, qətiyyət və diplomatik ustalıq göstərərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsini” nin imzalanmasına nail olaraq bütün dünyaya qapılarını açan Azərbaycana yeni investisiya qoyuluşuna da nail oldu.
Ümummilli lider Heydər Əliyev haqqında dünyanın bir çox məhşur dövlət başçıları və siyasi xadimləri, elm, mədəniyyət və ədəbiyyat sahəsinin nümayəndələri çox yüksək fikirlər söyləmişlər. Hamısının dilindən dəfələrnən səslənən-Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, onun Heydər Əliyev kimi bir rəhbəri olub sözləri xüsusilə diqqəti cəlb edir. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderin müəyyənləşdirdiyi bu inkişaf kursu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Ulu öndərin ən böyük arzusu və vəsiyyəti olan işğal altındakı Qarabağ artıq azaddır və öz sahibinə qovuşub. 30 illik həsrətə cəmi 44 günə rəşadətli ordumuz tərəfindən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son qoyuldu.
Bu gün güclü Azərbaycan regionun söz sahibidir. Ölkəmiz artıq nəinki regionun, hətta Avropanın enerji və təhlükəslizlik qarantıdır. Böyük nəqliyyat və kommunikasiya layihələrinə rəhbərlik edən Azərbaycanda dayanıqlı iqtisadi inkişafa nail olunub.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR