" />

Ramin Əhmədov görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı paylaşım edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi -TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov öz Facebook səhifəsində görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı paylaşım edib

Paylaşımı olduğu kimi təqdim edirik:

“Bu gün görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 100-cü ildönümüdür.
Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz xidmətləri var.
O, bu sahədə məktəb yaradıb. Zərifə xanımın rəhbərliyi altında çoxsaylı gənc elmi işçilər və həkim-oftalmoloqlar formalaşıb.
Bu sahədə dünyaca məşhur olan alimlərin Zərifə xanımın haqqında söykədikləri fikirlərə baxsaq onun fəaliyyəti və xidmətləri haqqında təsəvvürə malik olarıq.
Məsələn, Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatları ilə bağlı yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”.
Akademik A.Nesterov: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”.
Zərifə xanım həmişə ağır iş prosesi həyatının əsas hissəsinə çevrilən Ümummilli Liderlə çiyin-çiyinə addımlayıb, daim ona dəstək verib.
Zərifə xanım Əliyeva haqqında ən maraqlı fikirləri isə həyat yoldaşı- Ulu Öndər Heydər Əliyev söyləyib: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.
Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür.
…Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”.
Qeyd edək ki, Zərifə xanım Əliyeva “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Təsadüfi deyil ki, Zərifə xanım Əliyevanın həyat yolu, elmi fəaliyyəti həmişə olduğu kimi bu gün də araşdırılır. Onun nümunəvi həyat və fəaliyyəti hər bir insan üçün örnəkdir.
Allah rəhmət eləsin, ruhu şad olsun!”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR