TAİB-in sədri, akademik Sudeif İmamverdiyev hal-hazırda Astara rayonunda keçirilən beynəlxalq konqresdə iştirak edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi-TAİB-in sədri, akademik Sudeif İmamverdiyev hal-hazırda Astara rayonunda keçirilən beynəlxalq konqresdə iştirak edir

Astarada VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri keçiriləcək

Aprelin 22-də Astara rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri keçiriləcək.

Treyninq və ustad dərsləri isə 23 aprel 2023-cü il tarixində Astara, Lerik və Masallı Rayon Mərkəzi xəstəxanalarında təşkil ediləcək.

VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günlərinin təşkilat komitəsinin prezidenti, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının prezidenti, millət vəkili, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudovdur.

Tədbirdə Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersoqovina, Filippin, Sinqapur və bir sıra dünya ölkələrindən 60-dan çox məruzəçi, moderator və iştirakçılar iştirak edəcəklər. Həmçinin Avropa və Asiya Endoskopik və Laparoskopik Cərrahlar cəmiyyətlərinin rəsmiləri də tədbirə qatılacaqlar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR