Azərbaycanla Qazaxıstanın müttəfiqlik münasibətləri yüksələn xətlə inkişaf edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Cari ilin 10 aprel tarixində Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə getmişdir. Səfər çərçivəsində Qazağıstan Prezidenti Kasım Jomart Tokayev və hökumət üzvləri ilə geniş tərkibdə görüşlər keçirilmişdir.

Qazaxıstanla Azərbaycan arasında münasibətlərin dərin kökləri vardır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyatı zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış, nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat- logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işlərin başlanması barədə qərarlar, Şərq- Qərb marşurutu üzrə yükdaşımaların artırlması əməkdaşlığın perespektivliyini təmin edirlər.
Qazaxıstan beynəlxalq arenada nüfuza və prinsipal mövqeyə malikdir. Beynəlxalq təhlükəsizliklə bağlı məsələlər daim diqqət, prinsipial, dəqiq və ölçülüb- biçilmiş mövqe tələb edir.

Səfər çərçivəsində bir neçə sənədlər imzalanmışdır.” Azərbaycam Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazağıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memarandumu”, ” Azərbaycan Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Memorondumu” və bir neçə hökumətlərarası sənədlər imzalanmışdır.
Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər, bundan sonrakı dövr üçün müttəfiqliyin qarantına çevriləcəkdir.

Mürvət İbrahimov
Nizami rayon İcra hakimiyyətinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR