TAİB üzvləri, tanınmış tele-jurnalistlər Ramiz Məşədihəsənli və Hökümə Xəlilova Hikmət Hacıyevlə görüşüblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Türk Ağsaqqalları İctimai Birliyi-TAİB-in İdarə Heyətinin üzvləri, Qırğız Dövlət Telekanalı Piramidanın Azərbaycan,Türkiyə və Gürcüstan şöbəsinə rəhbərlik edən TÜRKEL-in rəhbərliyi, Qırğız Respublikasının Əməkdar Mədəniyyət xadimi, TÜRKSOY laureatı Hökümə Xəlilova və filologiya elmlər namizədi, TÜRKSOY laureatı Ramiz Məşədihəsənli Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər.

Agsaqqallar.com xəbər verir ki, görüşdə bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

TÜRKEL Media Qrupunun Qarabağ zəfərinə aid 2020-ci ilin 15 noyabrında çapdan çıxan, bəlkə də bu zəfəri ilk işıqlandıran “Altun köprü” jurnalı Hikmət Hacıyevə təqdim olunub.
Qeyd edək ki, artıq bu ildən Beynəlxalq TÜRKEL Media Qrupu Azərbaycanda da fəaliyyətə başlayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR