Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Cari ilin 28 mart tarixində Prezident İlham Əliyev Laçın rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin edilmiş Məsim Məmmədovu qəbul edərkən bir çox vacib məqamlara toxundu.

İşğal dövründə rayonun bütün infrastrukturunun Ermənistan tərəfindən məhv edildiyini, ətraf mühitin ekoloji terrora məruz qaldığını, meşə fondumuzun qanunsuz istismarını, 60 min hektar meşə sahəsinin erməni quldurları tərəfindən məhv edildiyini xüsusi vurğuladı. Bundan əlavə, beynəlxalq aləmin Azərbaycanın haqlı davasında kor və kar olmasını, hər vəchlə Ermənistanı dəstəkləməsini, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamənin yenə də ermənipərəst, rüşvətxor və anti- Azərbaycan qruplaşmaların çirkin oyunlarının məhsulu olduğunu biıdirdi.

Bu gün Azərbaycanın regionda və dünyada artan nüfuzunu həzm edə bilməyən bir sıra siyasi dairələr anlamalıdılar ki, tutduqları yol, vəd etdikləri “demokratiya” Azərbaycanı haqlı mübarizəsindən çəkindirməyəcək. Prezident İlham Əliyevin təbirincə desək: “Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu ikinci Qarabağ müharibəsində Ermənistana sübut etdi, müharibədən keçən iki il yarım ərzində Ermənistanın havadarlarına sübut etdi”.
Bəli, cənab Prezidentin qətiyyətli mövqeyi bizə imkan verir ki, bu haqlı mübarizəmizi sona çatdıra bilək. Bütün siyasi qüvvələr birləşib Prezident İlham Əliyevi apardığı haqlı mücadilədə dəstəkləməlidirlər. Bu yol ədalət yoludur, bu yol Azərbaycanın işıqlı gələcəyini istəyən, tərəqqisinə sevinən, təhlükəsizliyinə biganə qalmayan insanların yoludur. Xalq olaraq birləşib bu mübarizənin bayraqdarına çevrilməliyik.

Mürvət İbrahimov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR