Azərbaycan və Rusiya Prezidentləri Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasını müzakirə ediblər
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Agsaqqallar.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib.
Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Oxşar Xəbərlər
- Vidadi Zeynalov və Beytulla Hüseynovun cəzası azaldılıb, Namazalı Məmmədov azadlığa buraxılıb – YENİLƏNİB-1
- TAİB-in GT sədr müavini Daşqın Həsənov: “Terroru himayə edən İranın molla rejimi cinayətkar əməllərindən əl çəkmir”
- İlham Əliyev: “Hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun”