10 Mart – Milli Teatr Günüdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in rəhbərliyi və bütün üzvləri birliyin İdarə Heyətinin üzvləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevin və Xalq artisti İlham Namiq Kamalın timsalında bütün teatr işçilərinin bayramını təbrik edir.

Bu gün Azərbaycan teatrının yaranmasının 150-ci ildönümü qeyd edilir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Müstəqilliyimiz bərqərar olandan isə ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısından sonra teatrın çiçəklənmə dövrü başlayıb.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında möhtərəm prezidentimizin başqa sahələrə olduğu kimi bu sahəyə də olan diqqəti ilə teatrda son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.

Dünyasını dəyişən teatr xadimlərinə Allahdan rəhmət diləyir, qalanlara uzun ömür, fəaliyyətlərində bol-bol uğurlar arzulayırıq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR