Millət vəkili Qənirə Paşayevanın qırğızcaya çevrilən kitablarının MANAS Universitetində təqdimatı olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın layihə rəhbəri və həmmüəllifi olduğu, qırğızcaya çevrilən “Qarabağdan doğan Günəş: Xurşidbanu Natavan” və “Qarabağ hekayələri” kitablarının MANAS Universitetində təqdimatı olub.

Agsaqqallar.com xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın layihə rəhbəri və həmmüəllifi olduğu, qırğızcaya çevrilən “Qarabağdan doğan Günəş: Xurşidbanu Natavan” (“Карабактын Күнү: Хуршидбану Натеван”) və “Qarabağ hekayələri” (“Карабаг ангемелери”) kitablarının Qırğız-Türk MANAS Universitetində təqdimatı olub.

“Qarabağdan doğan Günəş: Xurşidbanu Natavan”, “Qarabağ hekayələri” kitablarının təqdimatı üçün bütün təşkilatçılara təşəkkür edən Q.Paşayeva MANAS Universitetində belə bir gözəl tədbirin təşkilini qardaş ölkələrimizin təhsil və mədəniyyət işçiləri, aydınları, özəlliklə tələbə-gənclər arasında sıx bağların daha da güclənməsinə, o cümlədən mədəni-ədəbi, elm-təhsil əməkdaşlığının möhkəmləndirilməsinə mühüm töhfə adlandırıb. Q.Paşayeva, dövlətlərimizin yüksək səviyyəli münasibətləri haqqında ətraflı danışaraq, ölkə başçılarının uğurlu siyasəti nəticəsində bu əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
Q.Paşayeva “Qarabağdan doğan Günəş: Xurşidbanu Natavan” kitabının ötən il 190 illik yubileyi qeyd olunan görkəmli şairin ruhuna, irsinə ehtiram əlaməti olaraq yazıldığını deyib. O, dosent Faiq Ələkbərli ilə birgə yazmış olduğu kitab haqqında ətraflı bilgi verərək, Natavan yaradıcılığının çağdaş qırğız oxucuları üçün də maraqlı olacağına əminliyini ifadə edib.
Komitə sədri vurğulayıb ki, kitabın qırğızca nəşri, dost, qardaş Qığrğızıstanda təqdimatı Xanqızı Natavanın timsalında Azərbaycan ədəbiyyatına verilən dəyərin ifadəsidir.
Azərbaycanın Mədəniyyət paytaxtı, 2023-cü il üçün Türk dünyasının Mədəniyyət paytaxtı Şuşa şəhəri başda olmaqla, Qarabağın yalnız Azərbaycana deyil, bütövlükdə Türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini bildirən Q.Paşayeva, bu kitabın qırğızcaya uyğunlaşdırılmasının və təqdimatının məhz MANAS Universitində keçirilməsini çox yerində olan hadisə kimi qiymətləndirib, təşkilatçılara minnətdarlığını yetirib.
“Qarabağ hekayələri”nin qırğız oxusunun marağına səbəb olmasından məmnunluq ifadə edən Komitə sədri, təqdimatın təşkilatçı və iştirakçılarına bir daha təşəkkür edib.
Kitabda yer alan dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş ölkələrdə, ardınca bütün dünyada duyuracağına inandığını bildirən Q.Paşayeva, imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb.
Q.Paşayeva layihə rəhbəri və həmmüəlifi olduğu kitabları MANAS Universiteti kitabxanası və iştirakçılar üçün imzalayıb.
Təqdimatda Əli Məsimli, Müşfiq Məmmədli, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu iştirak edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR